İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqında həbs edilən Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu bayram namazından sonra jurnalistlərə açıqlama verib.

"Unikal" xəbər verir ki, Həsən İmamoğlu jurnalistlərin suallarını cavablandırarkən göz yaşlarını saxlaya bilməyib.

"Çox təəssüf, ittihamlara görə çox təəssüf. Biz buna layiq deyildik. Əkrəmin layiq olmadığı bir cəzadır: qəsb,intiqam duyğusu... Daha sevincli bir bayram olmasını istərdi. Bir duam var, onu şiddətlə davam etdirirəm", - deyə İmamoğlu bildirib.