Ağcabədidə yol nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə Bəhrəmtəpə Hindarx yolunun Ağcabədi rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər Ağcabədi rayon Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.