Gəncədə yaşlı qadın yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü S.İsmayılovanı vurub. Yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov