Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, danışıq zamanı BAEA rəhbərinin Tehrana səfəri ilə bağlı razılıq əldə olunub.