Polis əməkdaşlarının saxladığı şəxs tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli açıqlama verib. O, bildirib ki, həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.

xxx

14:37

Paytaxtın Nəsimi rayonunun 28 May küçəsində naməlum şəxs küçənin ortasında qəribə hərəkətlər edib. 

"Unikal"ın məlumatına görə, yarıçılpaq vəziyyətdə olan gəncin ayağında olan elektron qandal sakinlər tərəfindən diqqət çəkib. Onun küçədə qeyri-adi və anlaşılmaz hərəkətlər etməsi də narazılığa səbəb olub. 

Xəbərdarlıqdan sonra polis əməkdaşları gələrək həmin şəxsi saxlayıblar.

Ağarza Elçinoğlu