ABŞ-nin üsyançı Ənsar Allah (Husi) hərəkatının nəzarəti altında olan Yəmənin paytaxtı Sənaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb.
"Unikal" xəbər verir ki, ən azı 16 nəfər yaralanıb. Onlar arasında qadın və uşaqlar da var.
Qeyd edək ki, ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirilməyə başlanıb.