"Böyük Britaniya tamamilə ABŞ kəşfiyyatından asılıdır".
"Unikal" xəbər verir ki, nu barəd "Politico" jurnalı müvafiq rəsmilərə istinadən məlumat dərc edib.
Mənbənin sözlərinə görə, ABŞ istənilən vaxt Britaniyaya məlumat verilməsini məhdudlaşdıra və ya tamamilə dayandıra bilər. Ekspertlər bildirirlər ki, ABŞ özünü müttəfiq adlandırdığı ölkələrdən təcrid etməyə davam edərsə, London bu sahədə müəyyən addımlar atmalıdır.