Amerika vətəndaşı Tommy M. həyatın gözlənilməz sürprizi ilə qarşılaşıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, maddi cəhətdən çətin günlər keçirən Tommy anasını və ən sevimli heyvanını (itini, - red) itirib.
İtkilərə görə özünə qapanan kişi yuxuda milyonçu olduğunu görüb. Gördüyü yuxunun təsiri altında olan Tommy çox keçməyib ki, lotereya alaraq şansını yoxlayıb.
Kağız parçası ona nə az, nə çox 1 000 000 dollar qazandırıb. O, sözügedən pulla xaricə səyahət edəcəyini bildirib.
Gülayə Mecid