Səmada helikopter görüncə Türkiyə bayrağını dalğalandıraraq salamlayan qadın sosial şəbəkədə gündəm olub. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, söhbət 67 yaşlı Ayşe Şahindən gedir. Qadının bu hərəkəti sosial platformalarda müsbət qarşılanıb. 

Polis qrupları Muğlanın Ula rayonunda bayram tətili yoxlamaları zamanı polis helikopterini bayraq dalğalandıraraq salamlayan Ayşeni evində ziyarət edib. Ziyarət zamanı danışan Şahin, "Polis helikopterinin keçdiyini gördüm. Düşündüm ki, təhlükəsizliyimizi təmin edirlər, bayramlarını qeyd etmək istədim. Bayrağımı götürüb dalğalandırdım. Helikopterdən salam verdilər. Ağlaya-ağlaya içəri girdim. Çox təsirləndim", - deyib. 

Səfər zamanı Muğla İl Təhlükəsizlik Müdirliyi qadını təltif edib, hədiyyələr verib. 

Gülayə Mecid