Bu gündən İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfərə gəlir.
"Unikal" İRNA agentliyinə istinadla xəbər verir ki, nazir aprelin 8-10 tarixlərində Bakıda Azərbaycan ilə İran arasında keçiriləcək iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında iştirak edəcək.
Komissiyanın iclasında nəqliyyat, tranzit, neft-qaz, energetika və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri müzakirə ediləcək, problemli məsələlərin aradan qaldırılması yolları nəzərdən keçiriləcək.
Səfər çərçivəsində iranlı nazirin bir sıra rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.