ABŞ prezidenti Donald Trampın sərt proteksionist siyasəti və Vaşinqtonun əksər ölkələrə qarşı tariflər tətbiq etməsi səbəbindən aprelin 8-də Venesuelada iqtisadi fövqəladə vəziyyət elan ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalında bildirib.
"Mən Venesuela iqtisadiyyatını qorumaq üçün fövqəladə iqtisadi vəziyyət haqqında konstitusiya fərmanı imzalayacağam", - deyib.
Maduro Vaşinqtonun dünya ölkələrinin böyük əksəriyyətinə tətbiq etdiyi Amerika tariflərini kəskin tənqid edib. Venesuela prezidentinin sözlərinə görə, ABŞ hakimiyyəti tariflər tətbiq etməklə qlobal iqtisadi qaydaları pozur.
Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti idxal rüsumlarının yeni sistemini tətbiq edib.
Gülayə Mecid