Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 75-BK-676 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçən Türkiyə vətəndaşı Üstün Ahmet Yasini vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən 2000-ci il təvəllüdlü Abdullayev Fərid Arzu oğlu saxlanılıb.

Hadisə yerinə polis əməkdaşlari cəlb olunub, fakt araşdırılır.