Amerika lideri Donald Tramp bildirib ki, administrasiyası təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, ABŞ prezidentinin sözlərini Bloomberg sitat gətirib.

"Biz çoxlu pula qənaət edirik, lakin ordu qurmalıyıq və güclü olmalıyıq, çünki hazırda ətrafda çoxlu pis qüvvələr var", - dövlət başçısı qeyd edib.

Tramp əlavə edib ki, bu büdcə ABŞ-da “hərbiyə indiyə qədər qəbul edilmiş ən böyük büdcə” olacaq.

Gülayə Mecid