İrəvanda təcili tibbi yardım maşını qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Toyota" markalı təcili tibbi yardım maşınının dəmir elektrik dirəyinə çırpılması nəticəsində həkim ölüb, daha 2 nəfər yaralanıb. 

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Ağarza Elçinoğlu