Salyan şəhəri, Y.Qasımov küçəsi 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Nizami Mirhəbib oğluna məxsus marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı 4 ədəd 1 litrlik “Organic Free” əmtəə nişanlı, 11 ədəd 0,5 litrlik və 1 ədəd 0,7 litrlik “Belaya” əmtəə nişanlı saxta spirtli içkinin satışa çıxarıldığı məlum olub.

Bu barədə "Unikal"a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda marketin qida məhsulları saxlanılan anbarında sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə müəssisəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.