Filippindəki Kanlaon vulkanı püskürməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin PNA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Filippin Seysmologiya və Vulkan Elmi İnstitutunun nümayəndələri Kanlaon vulkanında baş verən şiddətli partlayışdan sonra təxminən 4 kilometr hündürlüyündə kül buludunun yarandığını açıqlayıblar.

Məlumatda xəsarət alanların olmadığı qeyd olunub.

Mülki aviasiya səlahiyyətliləri isə pilotlara Kanlaon vulkanının ətrafından uzaq olmaları barədə xəbərdarlıq ediblər.