"Kreml ABŞ və İran arasında nüvə proqramı üzrə birbaşa danışıqları alqışlayır".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu, gərginliyin azaldılmasına töhfə verə bilər.
"Biz dəfələrlə demişik ki, İran münaqişəsinin diplomatik tədbirlərlə həllinin tərəfdarıyıq ", - Peskov bildirib.
Kreml sözçüsü əlavə edib ki, Moskvada Omanda planlaşdırılan birbaşa və dolayı təmaslar barədə məlumat var.