Paris hakimiyyəti məhkəmə çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan İstanbul meri Əkrəm İmamoğluna fəxri vətəndaş adı verib.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” qəzeti yazır. 

"Martın 19-da Türkiyədə saxlanılan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu Paris şəhərinin fəxri vətəndaşı adını alıb", - məqalədə qeyd olunub. 

Paris meri Anne Hidalqo bildirib ki, İmamoğlunun şəhərin fəxri vətəndaşı olması ona “müqavimət göstərmək gücü” verəcək. 

Martın 23-də məhkəmə İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və Türkiyədə terror təşkilatına yardım ittihamı ilə həbs edib.

Gülayə Mecid