ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu "axmaq" adlandırıb.

"Unikal" xəbər verir ki, Navarronun DOGE rəhbərinin istehsalçı deyil, Tesla elektrik avtomobillərinin montajçısı olduğunu bildirdiyi videonun dərcinə o, belə cavab verib.

ABŞ prezidentinin məsləhətçisinin sözlərinə görə, "Tesla"nın Texasdakı zavodunda istehsal olunan avtomobillər üçün çoxlu akkumulyatorlar Yaponiya və Çindən, elektronika isə Tayvandan alınır. Navarro vurğulayıb ki, ABŞ-ın məqsədi avtomobillər üçün komponentləri öz ərazisində istehsal etməkdir.

Mask özünün X səhifəsində yazıb: "Navarro axmaqdır. Onun dedikləri tamamilə doğru deyil".