Başqırdıstan Müsəlmanları Ruhani İdarəsi (SAM) öz tətbiqində istifadəçilərin suallarını cavablandıran bot olan “rəqəmsal imam” funksiyasını işə salacaq.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a bölgənin müftisi Aynur Birqalin məlumat verib.

Tezliklə “Suallar və Cavablar” bölməsi işıq üzü görəcək”. Bu bölmədə “rəqəmsal imam” adlandırdığımız süni intellektə malik bot olacaq. O, artıq istifadəçilərin suallarını cavablandıracaq”, – deyə Birqalin bildirib.

Onun sözlərinə görə, funksiya iki ay ərzində fəaliyyətə başlayacaq. Bu ay ərzində bot təlim keçəcək və İslam hüququ və kanonik qaydalar haqqında məlumatlarla yüklənəcək. Vurğulanıb ki, “rəqəmsal imam” çox güman ki, mürəkkəb suallara cavab verməyəcək, adi və gündəlik suallara kömək edəcək.

Onlar bot hazırlamaq qərarına ona görə gəliblər ki, istifadəçilər tez-tez oxşar suallar verirlər və süni intellektdən istifadə onlara tez cavablar almağa imkan verəcək.