İran və ABŞ arasında keçiriləcək danışıqlarda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus bildirib.

"Xüsusi elçi Uitkoff orada olacaq, o, danışıqlarda iştirak edəcək", - deyə Bryus qeyd edib. 

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İranla danışıqların aparılacağını elan edərək, şənbə günü "demək olar ki, ən yüksək səviyyədə" görüşün baş tutacağını bəyan edib.