Həbib Nurməhəmmədovun bank hesabı vergi orqanları tərəfindən yenidən bloklanıb.
"Unikal" xəbər verir ki, buna səbəb Həbibin 2024-cü il üçün gəlir vergisi bəyannaməsini vaxtında təqdim etməməsi olub.
Elə həmin il onun 79 milyon rubl dəyərində əmlakına məhkəmə icraçıları tərəfindən həbs qoyulub. İdmançının Federal Vergi Xidmətinə 302 milyon rubl borcu yaranıb. İddialara görə, siyahıya Dağıstanda bir ailə evi və böyük bir avtomobil parkı daxildir.
— Ferrari California T — 300 min dollar
— Mercedes-Benz AMG GT S — 161 min dollar
— Mercedes-Benz S-Class — 122 min dollar
— BMW 7 seriyası — 101 min dollar
— Toyota Land Cruiser — 85 min dollar
— Toyota Tacoma — 44 min dollar.
Nurməhəmmədovla əlaqəli olan "Eagle FC"nin və idmançının xeyriyyə fondunun hesabları da bağlanıb.