Gürcüstanda elektrik enerjisinin verilişində kütləvi fasilələr başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə gürcü teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hazırda Tbilisi, Batumi və Kutaisidə ümumiyyətlə elektrik enerjisi yoxdur. Mövcud vəziyyətlə əlaqədar hotellər, kazinolar və digər təşkilatlar generatorlara keçməyə başlayıb.
Hadisənin səbəbi və bərpa müddəti dəqiqləşdirilir.
Gülayə Mecid