"Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının 11 regionu, Azov və Qara dəniz suları üzərində Ukraynaya məxsus 158 PUA-nı məhv edib".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rostov vilayətinin Aksay şəhərində yaşayış binasında paltar iplərinin üstündə qəzaya uğramış təyyarə tipli dron tapılıb. Bunun fonunda Rusiyaya məxsus Su-34 təyyarəsinin ekipajı Kursk sərhəd bölgəsində ukraynalı hərbçilərin müvəqqəti yerləşdirilmə məntəqəsini vurub.