Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Belə ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.
Bəs görəsən, "28 May" stansiyasında təmir işləri nə vaxt başlayacaq?
"Bakı Metropoliteni" QSC-dən "Unikal"a bildirilib ki, "Bakı Metropoliteni"nin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq:
"Tikinti işlərinə ilin son rübündə başlanılması nəzərdə tutulub. Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilib.