Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, aprelin 12-də Rusiya xarici işlər naziri Türkiyədən olan həmkarı Hakan Fidanın dəvəti ilə dördüncü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Tədbirdə Rusiya xarici işlər nazirinin çıxışı, həmçinin xarici tərəfdaşlarla ikitərəfli görüşlər nəzərdə tutulub.
Ağarza Elçinoğlu