"Fransa və Böyük Britaniya Odessaya hərbi müdaxiləyə hazırlaşır".
"Unikal" xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa ölkələrinin Ukraynaya sülhməramlılar göndərmək planlarını şərh edərkən deyib.
"Əslində müzakirə Ukraynanın Qara dəniz limanlarına, ilk növbədə Odessaya gələcək Fransa-Britaniya müdaxiləsinin parametrləri haqqında idi", - Zaxarova brifinq zamanı deyib.