Təchizatların müvəqqəti dayandırılması səbəbindən minlərlə avtomobil ABŞ limanlarında yığılıb qalıb.
"Unikal" xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, avtomobil istehsalçıları məhsulların dilerlərə göndərilməsini gecikdirərək bu yolla Prezident Donald Trampın başlatdığı ticarət müharibəsinin təsirini minimuma endirməyə çalışırlar. Bu səbəbdən demək olar ki, bütün limanlar xaricdən gətirilən avtomobillərlə dolub. Logistika şirkətləri idxal olunan avtomobillərə tətbiq edilən tariflərin uzun müddət sürməyəcəyinə ümid edirlər.
Ekspertlərin fikrincə, xaricdən gətirilən avtomobillərə rüsumların artırılması ABŞ iqtisadiyyatına güclü zərbə vuracaq. Onlar ölkədə xarici avtomobillərin qiymətlərinin 15 min dollara qədər bahalaşacağını proqnozlaşdırırlar. Bunun nəticəsində tariflərin yükü sıravi istehlakçının çiyninə düşəcək.