"2008-ci ildə Cənubi Osetiyada baş verən silahlı münaqişə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rejiminin ən böyük cinayətidir". 

"Unikal" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

"Bu, Saakaşvili rejiminin öz ölkəsinə və öz xalqına qarşı törətdiyi ən böyük cinayətdir", - o vurğulayıb.

Kobaxidze həmçinin xatırladıb ki, Saakaşvilinin dövründə hakimiyyət “çoxsaylı cinayətlər” törədib. Gürcüstanın baş nazirinin sözlərinə görə, o zaman hərbi əməliyyatlar zamanı söhbət müdafiə xarakterli deyil, sırf hücum hərəkətlərindən gedirdi.