Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Şahid Əkbərovun atası Natiq Əkbərov vəfat edib.

"Unikal"ın məlumatına görə, şəhid atası Kürdəmir rayonun Məhərrəmli kəndində dəfn olunub.

Qeyd edək ki, Şahid Əkbərov Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonunun Dəhrəz kəndində şəhid olub.

Anar Kəlbiyev