Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi"nə yeni direktor təyin olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Elnarə Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Ənsari 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdir müavini işləyib. 2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib.