Xətai rayonunda yaşayış binasında yanğın olub.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in 112 qaynar telefon xəttinə Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasının mənzilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.