ABŞ sanksiya siyahılarını genişləndirərək İranın nüvə proqramının inkişafı ilə əlaqəli bir sıra şəxsləri "qara siyahı"ya salıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir: “İranda yerləşən beş şirkət və bir şəxs İranın nüvə proqramını idarə edən və monitorinq edən əsas qurumlara göstərdikləri dəstək üçün sanksiya təyin edilib”.
Qeyd olunur ki, siyahıya İranın Sentrifuqa Texnologiyaları Şirkəti və İranın Atom Enerjisi Təşkilatı üçün texnologiya istehsal edən və ya satın alan şirkətlər daxildir.