Amerika Birləşmiş Ştatları 75-dən çox ölkəyə ticarət tariflərini 90 gün müddətinə dayandırır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"75-dən çox ölkənin ABŞ nümayəndələrini ticarət, ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasiləyə və həmin müddət ərzində 10 faizlik qarşılıqlı tarifin əhəmiyyətli dərəcədə azaldılmasına icazə verdim", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, tariflərin dayandırılması "dərhal qüvvəyə minir".
Bundan əlavə, Tramp ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri dərhal 125%-ə qaldıracağını bildirib. Onun sözlərinə görə, Çin “dünya bazarlarına hörmətsizlik” göstərib.