Çeçenistanın Açxoy-Martan şəhərindəki meydanda yol polisini öldürən 17 yaşlı Eskerhan Xumaşevin cəsədi nümayiş etdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Görüntülər Açxoy-Martan bələdiyyə dairəsi administrasiyasının yaxınlığındakı şəhər meydanında lentə alınıb. Burada Çeçenistan rəhbəri Ramzan Kadırovun portreti ilə üzbəüz yerləşdirilmiş Xumaşevin cəsədi və “Axmat gücdür” yazısı görünür. 

Bundan əvvəl Kadırov hüquq-mühafizə orqanlarına Xumaşevlər ailəsini və yol polisi postuna hücumun təşkilatçılarını Çeçenistandan qovmağı, həmçinin ata və qardaşlarının əmlakını müsadirə etməyi tapşırmışdı. Respublika başçısı cinayəti ukraynalının təşkil etdiyini bəyan edib. Onun sözlərinə görə, əsas kurator hazırda Ukrayna vətəndaşı olan və Kiyev vilayətində qeydiyyatda olan Donetsk vilayətinin Krasnoarmeysk şəhərindən olan 32 yaşlı şəxs olub.

Xatırladaq ki, iki gün öncə Çeçenistanın Açxoy-Martan şəhərində yol polisi postuna bıçaqla hücum edilib. Nəticədə bir polis ölüb, bir neçə nəfər yaralanıb. 

Ağarza Elçinoğlu