Çeçenistanın Açxoy-Martan şəhərində yol polisi postuna bıçaqla hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hücum nəticəsində yaralanan polis əməkdaşlarından biri xəstəxanada ölüb.
İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, yerli sakin patrul xidmətinin əməkdaşlarına bıçaqla hücum edib: "Aldığı xəsarətlər nəticəsində polis əməkdaşlarından biri ölüb. Hücum edən şəxs zərərsizləşdirilib".
Yaralı polislərin dəqiq sayı açıqlanmayıb.
Ağarza Elçinoğlu