Gəncədə piyada yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü A.Heydərovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov