Konstitusiya layihəsinin mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikası ədliyyə nazirinin müavini Tiqran Dadunts hökumətin brifinqində deyib.

Onun sözlərinə görə, Konstitusiya İslahatı Şurası buraxılmayıb, o, hazırda fəaliyyət göstərir və mətn üzərində işdə Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir: "Konstitusiya hər bir dövlətin və dövlətçiliyin əsasını təşkil etdiyi üçün qanunauyğunluğu ictimaiyyət tərəfindən şübhə altına alınmayan Konstitusiyaya sahib olmalıyıq. Preambulada dəyişiklik edilməsi məsələsi müzakirə olunmur".

Ağarza Elçinoğlu