Xızıda yük avtomobili betona çırpılıb, radarı aşırıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızıda rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 

Belə ki, qəza zamanı 99-YE-159 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Daha sonra isə, radarı aşırıb.

 Hadisə nəticəsində 1 nəfər yüngül xəsarət alıb, lakin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 Qəza zamanı Bakı-Quba yolu bağlansa da, qısa zamanda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır. 

*** 17:46

Bakı-Quba yolunda qəza baş verib.

"Unikal"ın məlumatına görə, yük avtomobili beton arakəsməyə çırpılıb.

Asiman Qaraca