Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Bunun ardınca Xanlar Vəliyev parlamentdə and içib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.
Anar Kəlbiyev