Türkiyə Prezident Administrasiyasının kortejində ölümlə nəticələnən qəza olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Strategiya və Büdcə İdarəsinin sədri İbrahim Şeneli müşayiət edən nəqliyyat vasiyəsi Anadolu yolunun Çamlıdere-Gerede hissəsində qəza törədib. Qəzada bir polis əməkdaşı və avtomobilin sürücüsü həlak olub.
Məlumata görə, Prezidenti Administrasiyasının Strategiya və Büdcə sədri İdarəsinin İbrahim Şeneli müşayiət edən mühafizə maşını İstanbul istiqamətində hərəkət edən tankerin arxasına çırpılıb: "Qəzada polis məmuru İbrahim Güney və prezident aparatının sürücüsü Əhməd Ülger şəhid olublar. İbrahim Şenel və bərabərindəki heyət qəza xəbərini aldıqdan sonra hadisə yerinə qayıdıb".
Qəza ilə bağlı araşdırma başladılıb.
Ağarza Elçinoğlu