ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası Ukrayna lideri Volodimir Zelenski ilə fikir ayrılıqları yaşayıb, lakin onlar bunu gizli saxladılar.
"Unikal" xəbər verir ki, bu sirri CNBC telekanalına müsahibəsində ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken açıqlayıb.
"Ukraynalı dostlarımızla, o cümlədən Zelenski ilə hər hansı fikir ayrılığımız olubmu? Əlbəttə. Biz bunu baş verəndə ictimaiyyətə göstərmişikmi? Xeyr", - deyib.
Bundan əvvəl Dövlət Departamentinin keçmiş rəhbəri bildirmişdi ki, prezident Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının idxala nəzarəti gücləndirmək siyasəti ölkəni təcrid vəziyyətinə salır. Onun sözlərinə görə, Tramp ABŞ-ni tənhalığa aparır.
Gülayə Mecid