Çin ABŞ administrasiyasının hərəkətlərinə cavab olaraq, aprelin 12-dən etibarən Amerikadan idxal olunan mallara tarifləri 84%-dən 125%-ə qaldırır.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komitəsi məlumat yayıb.
Bəyanatda qeyd edilib ki, Vaşinqtonun Çin idxalına tətbiq etdiyi həddən artıq yüksək tariflər beynəlxalq ticarət və iqtisadi qaydaların, əsas iqtisadi qanunların və sağlam düşüncənin ciddi şəkildə pozulması, eləcə də tamamilə birtərəfli hədə-qorxu və məcburiyyət aktıdır: "Bazarın artıq Çinə tədarük edilən Amerika məhsullarını mövcud tariflər səviyyəsində qəbul edə bilməyəcəyini nəzərə alaraq, Çin tərəfi ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi rüsumların daha da artırılmasına əhəmiyyət verməyəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və regiondan idxala tariflər tətbiq etməklə böyük ticarət müharibəsi başlatdı. Çinə tarif 34% idi. Buna cavab olaraq Çin bütün Amerika mallarına 34 faiz əlavə rüsumlar tətbiq etdi. Sonrra isə tarifləri 84%-ə qaldırdı.
Ağarza Elçinoğlu