Ukrayna Prezidnti Volodimir Zelenski 18 hüquqi və 130 fiziki şəxsə, o cümlədən rusiyalı jurnalistlərə qarşı sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, siyahıya “İzvestiya” və “Rossiya 1” telekanallarının müharibə müxbirləri, Birinci Kanal, NTV və Zvezda televiziyalarının aparıcıları daxildir. Rusiya vətəndaşlığını qəbul etmiş prodüser Yuri Bardaş və politoloq Vadim Karasev də sanksiyalara məruz qalıb.
Siyahılara daxil edilən hüquqi şəxslər arasında “Başqa Ukrayna”, “Tavriya” teleradio şirkəti, Sankt-Peterburq hökumətinin informasiya-nəşriyyat mərkəzi “Petrocenter” və s. var.
Sanksiyalar 10 il müddətinə tətbiq edilib.