Qafanda patrul polisi avtomobilinin iştirakı ilə qəza baş verib.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki,Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkədə siyasi fəal Edqar Kazaryanın paylaşımını şərh edərkən bildirib.
Kazaryan bildirib ki, Anna Akopyanın (baş nazir Nikol Paşinyanın arvadı – red.) “Lexus kolonnası”nı müşayiət edən patrul polisi qəzaya düşüb. O, Ermənistan DİN-i qəza ilə bağlı bilərəkdən məlumat yaymamaqda günahlandırıb. Kazaryanın sözlərinə görə, Qafan hava limanı yaxınlığında baş verən qəzadan sonra Anna Akopyanın avtomobili qəza qurbanlarına kömək etmək üçün dayanmayıb.
"Zərər yalnız maddi idi, spekulyasiyalardan çəkinməyə çağırırıq", - deyə Sarkisyan bildirib.
O qeyd edib ki, Daxili İşlər Nazirliyi heç vaxt yalnız maddi ziyanla nəticələnən qəzalar barədə məlumat yaymır.