Moskva məhkəməsi məşhur rusiyalı jurnalist Kseniya Sobçaka əvvəlki inzibati cəriməni ödəmədiyinə görə yeni cərimə kəsib.
"Unikal" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya qanunvericiliyinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi ikiqat məbləğdə cərimə ilə nəticələnir. Həmçinin bu cəza 15 gün inzibati həbs və ya 50 saatlıq məcburi işlə də nəticələnə bilər.
Lakin mənbə tanınmış jurnalistin hansı qayda pozuntusuna görə cərimələndiyini qeyd etməyib.