İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya istintaqı çərçivəsində İstanbul Baş Prokurorluğu və TMSF tərəfindən 101 nəfərə məxsus 24 şirkətə qəyyum, 28 şirkətə audit müfəttişləri təyin edilib.

"Unikal" xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən Əkrəm İmamoğlu və 100 şübhəli barəsində “cinayət təşkilatının lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” maddələri ilə başladılan istintaq davam edir.

Bu çərçivədə Əmanət Əmanətlərinin Sığortalanması Fondu (TMSF) İmamoğlu İnşaat, Nuhoğlu İnşaat, ASOY İnşaat və Karsal Örme AŞ daxil olmaqla 101 şübhəli şəxsə məxsus 24 şirkətə qəyyum təyin edib.

İstintaq çərçivəsində şübhəlilərə aid 28 şirkətə nəzarət müfəttişi də təyin olunub.