Goranboy rayonunun Rəhimli kəndində "İçməli su təhcizatının yaxşılaşdırılması" mikrolayihəsi əsasında, 2024-cü ilin avqust ayından başlanılan və 17 km məsafəni əhatə edən 357 abonentə çəkilmiş fərdi içməli su xəttlərinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.