Bakıda itkin düşmüş 10 yaşlı uşaq tapılıb. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan azyaşlı polis əməkdaşları tərəfindən "Playstation" oyun salonunda tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edilir ki, onun itkin düşməsində kriminal tərkib yoxdur.