Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Opel"lə "VAZ 2107" markalı minik maşınları toqquşub.
Zərbənin təsirindən "VAZ 2107" yol kənarındakı bardürə çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü İ.Niftalıyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov